Nikolay Amosov
Nikolay Amosov | |
---|---|
Nikolay Mixayloviç Amosov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | RF, Voloqda vil.-nin Olxov k.di |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Ukrayna, Kiyev |
Dəfn yeri |
|
Vətəndaşlığı |
![]() |
Atası | Mixayloviç Amosov |
Elm sahəsi | Cərrahiyyə, torakal cərrahiyyə, kardiologiya, ürək cərrahiyyəsi, kibernetika, herantologiya |
Elmi dərəcəsi | Tibb elmləri doktoru (1953), Ukrayna EA akademiki (1969), SSRİ Tibb EA m. üzvü (1961). |
Təhsili | Arxangelsk Tibb İn-t (1939), Ümumittifaq Qiyabi Sənaye İn-t (1940) |
![]() |
Nikolay Amosov — Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961).
Həyatı[redaktə | əsas redaktə]
Nikolay Amosov 1913-cü il dekabrın 6-sı Rusiya Federasiyasının indiki Voloqda vilayətinin Olxov kəndində anadan olmuşdur. O, 1939-cu ildə Arxangelsk Tibb İnstitutunu, 1940-cı ildə isə Ümumittifaq Qiyabi Sənaye İnstitutunu bitirmişdir.
Fəaliyyəti[redaktə | əsas redaktə]
Nikolay Amosov 1947-52-ci illərdə Bryansk vilayət xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 1952-54-cü illərdə Ukrayna Elmi-Tədqiqat Vərəm və Döş Cərrahiyyəsi İnstitutunun döş cərrahiyyəsi klinikasının rəhbəri, 1955-70-ci illərdə Kiyev Həkimləri Təkmilləşdirlmə İnstitutunda döş cərrahiyyəsi və anesteziologiya kafedrasının müdiri, 1983-88-ci illərdə Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyəsi İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır. 1960-cı ildən eyni zamanda Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun biokibernetika şöbəsinin rəhbəri idi. Amosovun elmi əsərləri ürəyin, ağciyərin cərrahiyyəsinə, damar və qarın cərrahiyyəsinə, habelə bioloji və tibbi kibernetika məsələlərinə həsr edilmişdir. [1]
Mükafatları[redaktə | əsas redaktə]
- 1958-ci il - Ukrayna SSR əməkdar elm xadimi.
- 1973-cü il - Sosialist Əməyi Qəhrəmanı.
- 1961-ci il - Lenin mükafatı.
- 1968-ci il - Ukrayna SSR Dövlət mükafatı laureatı.
Həmçinin bax[redaktə | əsas redaktə]
Xarici keçidlər[redaktə | əsas redaktə]
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 452. ISBN 978-9952-441-02-4. (#script_parameter)